İraqda terror aktı baş verib: 7 ölü, 24 yaralı

İraqda terror aktı baş verib: 7 ölü, 24 yaralı Hələlik terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib
Digər ölkələr
18 Yanvar , 2017 01:40
İraqda terror aktı baş verib: 7 ölü, 24 yaralı

Bakı. 18 yanvar. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərində partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Əbu Deşir bölgəsində qeydə alınıb. Belə ki, bomba qoyulmuş avtomobilin partladılması nəticəsində 7 nəfər ölüb, 24 nəfər yaralanıb.

Partlayış zamanı yaranmış alov ərazidəki bir neçə avtomobilin yanmasına səbəb olub. Hadisə zamanı habelə yaxınlıqdakı yaşayış binaları da zədələnib.

Hələlik terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi