​İraqda qadın ilk dəfə olaraq mer təyin edilib

​İraqda qadın ilk dəfə olaraq mer təyin edilib Bağdad meri Naim Abbud vəzifəsindən çıxarılıb
Digər ölkələr
21 Fevral , 2015 21:44
​İraqda qadın ilk dəfə olaraq mer təyin edilib

Bakı. 21 fevral. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərinə ilk dəfə olaraq qadın mer təyin edilib.

“Report” “Frans Press”ə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin nümayəndəsi məlumat verib.

Məlumata görə, bu vəzifəyə Ali Təhsil Nazirliyinin baş direktoru Zikra əl-Viş (Zekra Alwach) təyin edilib. Əl-Viş artıq sabahdan vəzifələrinin icrasına başlamalıdır.

"İraqın baş naziri Heydər əl-Abadi Naim Abbudu vəzifəsindən azad edib və yerinə Zikr əl-Vişi təyin edib", - deyə İraq hökumətinin nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi