İraqda PKK terrorçuları ilə kürd silahlıları arasında atışma olub

İraqda PKK terrorçuları ilə kürd silahlıları arasında atışma olub Hər iki tərəfdən çoxlu sayda yaralı var
Digər ölkələr
3 Mart , 2017 12:06
İraqda PKK terrorçuları ilə kürd silahlıları arasında atışma olub

Bakı. 3 mart. REPORT.AZ/ İraqın Mosul əyalətinin Sincar rayonunda terrorçu PKK qruplaşmasının üzvləri ilə Suriyadan olan kürd silahlıları (peşmərgə) arasında baş verən atışma nəticəsində 5 terrorçu məhv edilib. 

“Report” "Haber7"yə istinadən xəbər verir ki, hər iki tərəfdən çoxlu sayda yaralı var.

İnformasiyaya əsasən, 500 kürd silahlısı ötən gün Suriya ilə İraq sərhədində yerləşən Sinune-Hanesur rayonuna yerləşdirilib.

Qeyd edək ki, terrorçu PKK qruplaşması Sincarda da düşərgə qurub. İraqın şimalındakı kürd muxtar hökuməti terrorçuların bu hərəkətinə etiraz edir. 

Son xəbərlər

Orphus sistemi