​İraqda partlayış nəticəsində 16 nəfər ölüb

​İraqda partlayış nəticəsində 16 nəfər ölüb Hadisənin hansı ərazidə baş verdiyi hələ ki, məlum deyil
Digər ölkələr
1 Yanvar , 2016 16:55
​İraqda partlayış nəticəsində 16 nəfər ölüb

Bakı. 1 yanvar. REPORT.AZ/ İraqın Ər-Rəmadi şəhərində baş verən partlayış nəticəsində 16 nəfər həyatını itirib.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, partlayışın baş verdiyi ərazi və yaralananların olması barədə məlumat hələ ki, yoxdur.

Bazar ertəsi İraq ordusu Ənbar əyalətinin Ər-Rəmadi şəhərinin İŞİD terrorçularından tam şəkildə azad olunduğunu bəyan edib. Daha sonra əyalət qubernatoru Suheyb ər-Ravi şəhərin 80 faizinin yaraqlılardan təmizləndiyini məlumat verib.

Son xəbərlər

Orphus sistemi