Yuxarı

İraqda partlayış baş verib, ölən və yaralananlar var

İraqda partlayış baş verib, ölən və yaralananlar var

Bakı. 12 sentyabr. REPORT.AZ/ İraqın şimalında partlayıcı maddə ilə dolu avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb, 32 nəfər yaralanıb.

“Report” İraq KİV-inə istinadən xəbər verir ki, hadisə avtomobil yolunun kənarında yerləşən restoranın yaxınlığında baş verib. 

Həmin restoran güc strukturlarının və müxtəlif silahlı dəstə üzvlərinin istirahət məkanı kimi tanınır.

Ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hələlik hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi