​İraqda partlayış: 9 nəfər ölüb

​İraqda partlayış: 9 nəfər ölüb Partlayış adamların çox olduğu vaxt iki bazarda olub
Digər ölkələr
17 Yanvar , 2015 14:43
​İraqda partlayış: 9 nəfər ölüb

Bakı. 17 yanvar. REPORT.AZ/ İraqda baş verən iki terror hadisəsi nəticəsində 9 nəfər ölüb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, rəsmi məlumata görə, partlayış adamların çox olduğu vaxt iki bazarda baş verib.

Birnici partlayış əl-İsgəndəriyyə şəhərinin yaxınlığındakı kənd bazarında baş verib. Orada 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bu partlayışdan bir az sonra ikinici hadisə Sabaa əl-Bur kəndində olub. Orada 5 nəfər ölüb. 14 nəfərin isə yaralandığı bildirilib.

Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb. 

Son xəbərlər

Orphus sistemi