İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur

İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur Bakı. 10 dekabr. REPORT.AZ/ İraq ərazisində İŞİD (“İraq və Şam İslam Dövləti”, yaxud da İSİL – “İslamic State of İraq and Levant”) terrorçu təşkilat üzərində qələbənin ildönümü təntənəli şəkildə qeyd edilir.
Digər ölkələr
10 Dekabr , 2018 13:32
İraqda İŞİD üzərində qələbənin ildönümü qeyd olunur
Sputnik
0 : 00
0 : 00

Bakı. 10 dekabr. REPORT.AZ/ İraq ərazisində İŞİD (“İraq və Şam İslam Dövləti”, yaxud da İSİL – “İslamic State of İraq and Levant”) terrorçu təşkilat üzərində qələbənin ildönümü təntənəli şəkildə qeyd edilir.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, 2017-ci il dekabrın 9-da Baş nazir Heydər əl Abadi üç il davam edən müharibənin yekunu olaraq qələbə çaldıqlarını bəyan etmişdi. Bu münasibətlə dekabrın 10-u qeyri-iş günü elan olunub. Tədbirlər planı çərçivəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmək, həmçinin Bağdadda dövlət idarələri və xarici səfirliklərin yerləşdiyi “yaşıl bölgə”nin bir hissəsini ictimaiyyətin üzünə açmaq nəzərdə tutulur.

Bununla belə, ölkədə hələ də İŞİD-in “yatan hücrə”ləri tərəfindən vaxtaşırı hücumlar həyata keçirildiyi bildirilir.

İraq hökumətinin hesablamalarına görə, müharibə zamanı viran olmuş bölgələrin bərpası 88,2 milyard ABŞ dollarına başa gələcək.

Son xəbərlər

Orphus sistemi