İraqda İŞİD-i maliyyələşdirən böyük şəbəkə ifşa olunub

İraqda İŞİD-i maliyyələşdirən böyük şəbəkə ifşa olunub Bakı. 21 fevral. REPORT.AZ/ İraq Milli Kəşfiyyat Xidməti son günlər İŞİD terrorçu təşkilatının bütün dünyada əməliyyatlarını maliyyələşdirən gizli bir şəbəkəni ifşa edib.
Digər ölkələr
21 Fevral , 2019 17:38
İraqda İŞİD-i maliyyələşdirən böyük şəbəkə ifşa olunub
0 : 00
0 : 00

Bakı. 21 fevral. REPORT.AZ/ İraq Milli Kəşfiyyat Xidməti son günlər İŞİD terrorçu təşkilatının bütün dünyada əməliyyatlarını maliyyələşdirən gizli bir şəbəkəni ifşa edib.

“Report” AA-ya istinadən xəbər verir ki, İraqda aşkarlanan şəbəkənin dünyanın bir çox ölkələrində özəklərə malik olduğu, öz tədbirlərini ört-basdır etmək üçün müxtəlif saxta ofis və təşkilatlar görüntüsü yaratdığı bildirilir.

Eyni zamanda Xidmət tərəfindən Suriyanın İraqla sərhədboyu ərazisində 13 nəfər Fransa vətəndaşı olan İŞİD terrorçusunun saxlandıldığı bildirilir.

Bundan əvvəl İraq parlamentinin sədri Həsən əl Kəəbi ölkənin şimal-qərb bölgələrində insan oğurluqları hallarının artması ilə bağlı təhlükəsizlik qurumlarını İŞİD-ə qarşı daha səmərəli tədbirlər görməyə çağırmışdı.

Son xəbərlər

Orphus sistemi