İraqda İŞİD-ə qarşı həlledici döyüşlər Suriya ilə sərhəddə olacaq

İraqda İŞİD-ə qarşı həlledici döyüşlər Suriya ilə sərhəddə olacaq Həmin ərazidə 2 minə yaxın yaraqlı var
Digər ölkələr
8 Oktyabr , 2017 02:39
İraqda İŞİD-ə qarşı həlledici döyüşlər Suriya ilə sərhəddə olacaq

Bakı. 8 oktyabr. REPORT.AZ/ İraqda İŞİD terror qruplaşmasına qarşı həlledici döyüşlər Suriya ilə sərhəd yaxınlığında olacaq.

"Report" xəbər verir ki, bunu ABŞ-ın briqada generalı Robert Sofc deyib.

"İraqda İŞİD terrorçuları ilə həlledici döyüşlər Suriya ilə həmsərhəd bölgədə, Fərat çayının orta axınında olacaq", - deyə TASS İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya komandanlığının nümayəndəsinin sözlərini sitat gətirib.

Sofc əlavə edib ki, həmin ərazidə 2 minə yaxın yaraqlı var. Onun sözlərinə görə, bunlar əvvəlki döyüşlər zamanı sağ qalıb əsir götürülməyənlərdirlər. İndi sağ qalan ekstremistlər yerli əhali arasında səpələnərək gizlənməyə çalışırlar.

Son xəbərlər

Orphus sistemi