Yuxarı

İraqda hərbi helikopter qəzaya uğrayıb

İraqda hərbi helikopter qəzaya uğrayıb
HHQ komandanlığı: Qəza texniki səbəblərə görə baş verib

Bakı. 4 yanvar. REPORT.AZ/ İraq Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus döyüş helikopteri Mosulun cənub hissəsində qəzaya uğrayıb.

"Report"un Qərb mediasına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində dörd hərbçi həlak olub.

İraq HHQ komandanlığı qəzanın texniki səbəblərdən baş verdiyini bildirib. Qəzaya uğramış helikopterin Rusiyada istehsal edilmiş "Mi-35" olduğu vurğulanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi