Bakı. 19 iyul. REPORT.AZ/ İraqın cənubunda polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 12 nəfər ölüb, 571 nəfər xəsarət alıb.
"Report"un "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraqın İnsan Haqları üzrə Ali Komissarlığının yaydığı bəyanatda bildirilir.
Məlumata əsasən, etirazlar başlanandan İraqın cənub bölgəsində 12 nümayişçi həyatını itirib, 195-i dinc sakin, 371-i asayiş keşikçisi olmaqla ümumilikdə 571 nəfər xəsarət alıb. Eyni zamanda 47 tikili dağıdılıb, 25 avtomobil yandırılıb. 302 nümayişçi saxlanılıb.
Qeyd edilir ki, iğtişaşlar iyulun 8-dən başlayıb. Buna səbəb isə Bəsrədə işsizlik və kommunal sahədə vəziyyətin pisləşməsinə qarşı etiraz edən nümayişçilərdən birinin öldürülməsi olub. Hazırda etirazlar İraqın digər cənub əyalətlərinə keçib.