İraqda etiraz aksiyalarında 3 nəfər öldürülüb, 150 nəfər xəsarət alıb

İraqda etiraz aksiyalarında 3 nəfər öldürülüb, 150 nəfər xəsarət alıb İraqda keçirilən etiraz aksiyasında 3 nəfər həlak olub, 150-dən çox insan xəsarət alıb.
Digər ölkələr
4 Noyabr , 2019 23:59
İraqda etiraz aksiyalarında 3 nəfər öldürülüb, 150 nəfər xəsarət alıb

İraqda keçirilən etiraz aksiyasında 3 nəfər həlak olub, 150-dən çox insan xəsarət alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin İnsan Haqları üzrə Ali Komissiyasının üzvü Əli əl-Bayati bildirib.

"Üç nəfər həlak olub, nümayişçilər, hərbçilər də daxil olmaqla 150-dən çox insan xəsarət alıb. Onların əksəriyyəti Bağdaddakı aksiyada təngnəfəslikdən zərər çəkiblər", - deyə açıqlamada bildirilir.  

Bazar ertəsi İraqın şiələrin üstünlük təşkil etdiyi şəhərlərinin əksəriyyətində ümumi tətil elan edilib, əsas magistrallar bağlanılıb.

Qeyd edək ki, oktyabrın əvvəllərindən davam edən aksiyaların iştirakçıları hökumətin istefasını, korrupsiyaya, işsizliyə qarşı mübarizə aparılmasını, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. 

Son xəbərlər

Orphus sistemi