İraqda bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb - YENİLƏNİB-2

İraqda bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb - YENİLƏNİB-2 İraqın şimalında Mosul yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
22 Mart , 2019 04:28
İraqda bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb  - YENİLƏNİB-2

İraqın şimalında Mosul yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" respublikanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. 

Bildirilir ki, bərənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 93 nəfərə çatıb. Telekanalın məlumatına görə, faciənin baş verməsində şübhəli kimi 9 nəfər saxlanılıb.

İlkin versiyaya görə, qəzaya bərənin normadan 3 dəfə artıq yüklənməsi səbəb olub.


***20:20

İraqın şimalında Mosul yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" rəsmi şəxslərə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı ölənlərin sayı 71 nəfərə çatıb.

Xilasedicilər sudan çoxu qadın və uşaq olmaqla, azı 30 nəfəri xilas edə biliblər. Bərədə ümumilikdə 170 nəfər olub


***18:05

İraqın şimalında Mosul yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində azı 45 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al-Sumaria" telekanalı məlumat verib.

Məlumata görə, xilasedicilər sudan çoxu qadın və uşaq olmaqla, azı 30 nəfəri xilas edə biliblər. Bərədə ümumilikdə 170 nəfər olub.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

Daha əvvəl İraqın şərqində yerləşən Əl-Kut şəhərində xlor sızması nəticəsində təqribən 90 nəfərdə boğulma halı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi