​İraqda baş vermiş partlayış nəticəsində 16 nəfər ölüb

​İraqda baş vermiş partlayış nəticəsində 16 nəfər ölüb Ölənlər arasında xeyli sayda uşaq var
Digər ölkələr
9 May , 2016 23:04
​İraqda baş vermiş partlayış nəticəsində 16 nəfər ölüb

Bakı. 10 may. REPORT.AZ/ İraqın şərqindəki Baakuba şəhərində bomba yüklənmiş avtomobilin partlaması nəticəsində 16 nəfər ölüb. 

"Report" xəbər verir ki, bu haqda "Reuters" yerli polis bölməsinə istinadən məlumat yayıb.

Ölənlər arasında xeyli sayda uşaq var.

Xəbərə görə, partlayış nəticəsində 54 nəfər yaralanıb.

Ən son məlumatlara görə, partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi