İraqda avtomobilin partlaması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb

İraqda avtomobilin partlaması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb Hadisə nəticəsində təxminən 75 nəfər yaralanıb
Digər ölkələr
21 Noyabr , 2017 23:43
İraqda avtomobilin partlaması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb

Bakı. 21 noyabr. REPORT.AZ/ İraqın Tuz-Hurmatu şəhərində avtomobilin partladılması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə İraq polisinə istinadən "Associated Press" məlumat yayıb

Ölənlərin sayının bundan əvvəl 20 nəfər olduğu bildirilirdi.

Hadisə terrorçu-kamikadzenin partlayıcı qurğunu şəhərin bazar meydanında işə salması nəticəsində baş verib.

Polisin məlumatına görə, hadisə nəticəsində təxminən 75 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi