Yuxarı

İraqda 30-dan çox İŞİD terrorçusu edam edilib

İraqda 30-dan çox İŞİD terrorçusu edam edilib
Onlar 1700 İraq hərbçisinin qətlində iştirak ediblər

Bakı. 23 yanvar. REPORT.AZ/ İraqda 2014-cü ildə "Spayker" hərbi bazasında qətliam işi üzrə ittiham olunan 31 nəfər edam edilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə İraqın Səlahəddin əyalətinin Samirə şəhər bələdiyyəsinin rəhbəri Mahmud Xalef məlumat verib.

Onun sözlərinə görə, İŞİD terrorçusu olan edam edilmiş şəxslərin cəsədi ailələrinə təhvil veriləcək.

Xatırladaq ki, 12 iyun 2014-cü ildə İŞİD terror qruplaşmasının silahlıları Səlahəddin əyalətində yerləşən "Spayker" hərbi bazasına hücum edərək 1700 İraq hərbçisini qətlə yetiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi