İraq Suriyadan qaçmış İŞİD döyüşçülərinin tutulduğunu bildirib

İraq Suriyadan qaçmış İŞİD döyüşçülərinin tutulduğunu bildirib İraqın müdafiə naziri Suriyadan bu ölkəyə qaçmış bir neçə İŞİD döyüşçüsünün tutulduğunu bildirib.
Digər ölkələr
17 Oktyabr , 2019 03:16
İraq Suriyadan qaçmış İŞİD döyüşçülərinin tutulduğunu bildirib

İraqın müdafiə naziri Suriyadan bu ölkəyə qaçmış bir neçə İŞİD döyüşçüsünün tutulduğunu bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə INA agentliyi məlumat yayıb.

"Suriyadan qaçmış bir neçə İŞİD döyüşçüsü İraq ərazisində saxlanılıb", - deyə agentlik nazir Nadjah əş-Şamrinin mətbuat xidmətinin bəyanatına istinadən bildirib.

Lakin terrorçuların saxlanılmasının təfərrüatları açıqlanmır.

Çərşənbə günü nazir Suriya-İraq sərhədində vəziyyətlə tanış olub. Nazir vurğulayıb ki, İraqın ərazisinə qanunsuz girənləri təqib etməyə davam edəcəklər. İraq sərhədin qanunsuz pozulması hadisələrinin qarşısının alınması üçün sərhədin mühafizəsini gücləndirib.

Son xəbərlər

Orphus sistemi