İraq şiələrinin dini lideri Bəşər Əsədi istefa verməyə çağırıb

İraq şiələrinin dini lideri Bəşər Əsədi istefa verməyə çağırıb Müqtəda əs-Sədr: "Hesab edirəm ki, bu, ədalətli olardı"
Digər ölkələr
9 Aprel , 2017 15:23
İraq şiələrinin dini lideri Bəşər Əsədi istefa verməyə çağırıb

Bakı. 9 aprel. REPORT.AZ/ İraq şiələrinin dini lideri Müqtəda əs-Sədr xüsusi bəyanatında Suriya prezidenti Bəşər Əsədi müharibəyə yol verməməyə və ölkəsinə olan sevgisindən hakimiyyətdən istefa verməyə çağırıb.

"Report" xəbər verir ki, Əs-Sədr Amerikanın Suriyanın aviabazasına raket zərbəsi endirməsindən sonra bu bəyanatı verib.

"Hesab edirəm ki, prezident Bəşər Əsədin ölkəni müharibənin faciəsindən və terrorçuların əlinə keçməsindən qorumaq üçün Suriyaya olan sevgisindən istefa verməsi və hakimiyyətdən imtina etməsi ədalətli olardı. Ölkəyə idarəçiliyi xalqın nüfuzlu nümayəndələrinə vermək təqdirəlayiq olardı", - deyə o bildirib.

Əs-Sədr eyni zamanda ABŞ prezidenti Donald Trampın Suriyanın aviabazasına hücum etmək qərarını tənqid edib və onu "ikinci Vyetnam" ilə hədələyib.

Son xəbərlər

Orphus sistemi