İraq Qətərin blokadasına qarşı çıxıb

İraq Qətərin blokadasına qarşı çıxıb "Blokada rejimlərə təsir etmir, blokada insanlara əzab verir"
Digər ölkələr
14 İyun , 2017 07:16
İraq Qətərin blokadasına qarşı çıxıb
Courtesy İmage

Bakı. 14 iyun. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-Abadi Qətərin ərəb ölkələri tərəfindən təcridinə qarşı çıxış etdiyini bildirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, baş nazir bunun rejimə deyil, sadə vətəndaşlara ziyan vurduğunu qeyd edib.

"İraq Qətərin Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər ərəb qonşuları tərəfindən təcridinə qarşı çıxır, çünki bu, adi vətəndaşlara ziyan vurur", - baş nazir bildirib.

Heydər əl-Abadi kral Salman bin Əbdüləziz As-Səud ilə danışıqlar aparmaq üçün çərşənbə günü Səudiyyə Ərəbistanına səfər edəcək.

İraqın baş naziri bildirib ki, o, Səudiyyə Ərəbistanından Qətərə qarşı irəli sürülən ittihamlar barədə izahat istəyəcək.

"Blokada rejimlərə təsir etmir, blokada insanlara əzab verir", - baş nazir bildirib.

Son xəbərlər

Orphus sistemi