​İraq prezidenti İranda səfərdədir

​İraq prezidenti İranda səfərdədir Onun ziyarəti 3 gün sürəcək
Digər ölkələr
13 May , 2015 10:58
​İraq prezidenti İranda səfərdədir

Bakı. 13 may. REPORT.AZ/ İraq prezidenti Fuad Məsum Tehranda səfərdədir. "Report" xəbər verir ki, bu haqda İran KİV məlumat yayıb. Səfər 3 gün davam edəcək.

Xəbər görə, onu İranın prezidenti Həsən Ruhani qarşılayıb. İraq prezidenti iranlı həmkarı ilə yanaşı, İran parlamentinin sədri Əli Laricani, Məsləhət Şurasının sədri, keçmiş prezident Ələkbər Haşimi-Rəfsəncani ilə də görüşəcək.

Qeyd edək ki, Fuad Məsum 2014-cü ildə prezident seçilib. Bu onun prezident kimi İrana ilk səfəridir. 

Son xəbərlər

Orphus sistemi