İraq parlamenti yeni baş nazirin namizədliyini təsdiqlədi

İraq parlamenti yeni baş nazirin namizədliyini təsdiqlədi İraq parlamenti Mustafa əl-Kazıminin baş nazir postuna namizədliyini təsdiqləyib.
Digər ölkələr
7 May , 2020 10:36
İraq parlamenti yeni baş nazirin namizədliyini təsdiqlədi

İraq parlamenti Mustafa əl-Kazıminin baş nazir postuna namizədliyini təsdiqləyib.

“Report” xəbər verir ki, məlumat İsrail KİV-i yayıb.

2003-cü ildən, Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra Mustafa əl-Kazımi İraqın 6-cı baş naziri olacaq.

Bununla da son aylar İraqda davam edən siyasi böhranın aradan qaldırıldığı ehtimal edilir.

Parlament həm də Nazirlər Kabineti üzvlüyünə 22 namizəddən 15-ni təsdiqləyib.

Deputatlar ədliyyə, ticarət, mədəniyyət, meliorasiya və miqrasiya naziri postuna namizədləri təsdiqləməyib. Xarici işlər və neft nazirliklərinə namizədlərin təsdiqlənməsi koalision hökumətin növbəti danışıqlarının müzakirəsi üçün boş saxlanılıb.

Qeyd edək ki, İraq prezidenti Barham Saleh aprelin 9-da Mustafa əl-Kazımiyə yeni hökumətin yaradılmasını tapşırmışdı. Bildirilib ki, Mustafa əl-Kazımi bundan öncə İraq milli kəşfiyyatının rəisi olub.

İraq İŞİD terror təşkilatından təmizlənəndən sonra onun nüfuzu artıb. İraqın koalisiya qüvvələri (“Əl-Kiva”), İraqın şimalındakı muxtariyyət Mustafa əl-Kazıminin namizədliyini dəstəkləyib. 

“Kataib Hizbullah” qruplaşması onu İran İnqilab Keşikçiləri Qvardiyasının “Qüds”qoşununun komandanı Qasım Süleymaninin öldürülməsində iştirakda ittiham edir.

Xatırladaq ki, Mustafa əl-Kazımi əvvəllər jurnalist və vəkil işləyib. Ondan əvvəl hökumətə rəhbərlik etmiş, Nəcəf şəhərinin başçısı Adnan əz-Zurafi isə İraqın yeni hökumətini formalaşdırmaqdan imtina etmişdi.

Son xəbərlər

Orphus sistemi