İraq parlamenti Kərkükdəki neft yataqlarının Bağdadın nəzarəti altına qaytarılmasına dair göstəriş verib

İraq parlamenti Kərkükdəki neft yataqlarının Bağdadın nəzarəti altına qaytarılmasına dair göstəriş verib "Hökumət Kərkük və mübahisəli zonalardakı yataqları Federal Neft Nazirliyinin nəzarətinə geri qaytarmalıdır"
Digər ölkələr
27 Sentyabr , 2017 16:54
İraq parlamenti Kərkükdəki neft yataqlarının Bağdadın nəzarəti altına qaytarılmasına dair göstəriş verib
AP Photo / Khalid Mohammed

Bakı. 27 sentyabr. REPORT.AZ/ İraq parlamenti hökumətə Kərkük əyalətindəki neft yataqlarını Bağdadın nəzarəti altına qaytarmağa dair göstəriş verib. 

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

"Hökumət Kərkük və mübahisəli zonalardakı yataqları Federal Neft Nazirliyinin nəzarətinə geri qaytarmalı və bu bölgələrdə fəaliyyət göstərən heç bir partiyanın əraziləri nəzarəti altına almasına imkan verməməlidir", - sənəddə deyilir.

Daha əvvəl xəbər verildiyi kimi parlament baş nazir Hayder əl-Abadiyə Kərkükün mübahisəli bölgələrinə qoşun göndərməyi tapşırıb.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalında müstəqillik haqqında "referendum" keçirilib. Referendumun yekun nəticələri sabah açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi