Bakı. 14 mart. REPORT.AZ/ İraq ordusu Tikrit şəhərində mühasirəyə aldıqları "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvlərini bir həftə ərzində məhv etməyə planlaşdırır.
"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Səddam Hüseynin doğma şəhəri uğrunda döyüşlər iki həftədir ki, davam edir.
Tikritin mərkəz hissəsinin 70 faizi hazırda hələ də İŞİD-in nəzarətindədir, lakin vəziyyət tədricən hökümət qüvvələrinin lehinə dəyişir.
Orduya dəstək verən könüllü dəstələrin üzvləri deyir ki, lazım gəlsə döyüşlər Tikritin hər küçəsi uğrunda aparılacaq.