İraq ordusu Suriya ilə sərhəddə yerləşən Akaşat şəhəri İŞİD-ən tam azad edib

İraq ordusu Suriya ilə sərhəddə yerləşən Akaşat şəhəri İŞİD-ən tam azad edib Hazırda ərazinin ekstremistlərdən təmizlənməsi üzrə əməliyyat davam edir.
Digər ölkələr
16 Sentyabr , 2017 19:58
İraq ordusu Suriya ilə sərhəddə yerləşən Akaşat şəhəri İŞİD-ən tam azad edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ İraqın hökumət qüvvələri Suriya ilə sərhədin 20 kilometrliyində yerləşən Akaşat rayonunu tam olaraq İŞİD terror qruplaşmasının yaraqlılarından azad ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin informasiya xidmətinin bəyanatına istinadən "Şafak News" portalı məlumat yayıb.

Əldə olan məlumatlara görə, hazırda ərazinin ekstremistlərdən təmizlənməsi üzrə əməliyyat davam edir.

Şənbə günü İraqın ordu komandanlığı Suriya ilə sərhəddə yerləşən qərbi Ənbar əyalətində əməliyyata başlandığını bəyan edib.

Son xəbərlər

Orphus sistemi