​İraq ordusu Bağdadın qərbində İŞİD-in hücumunu dəf edib

​İraq ordusu Bağdadın qərbində İŞİD-in hücumunu dəf edib Əməliyyat zamanı bir neçə yaraqlı öldürülüb
Digər ölkələr
28 Fevral , 2016 14:52
​İraq ordusu Bağdadın qərbində İŞİD-in hücumunu dəf edib

Bakı. 28 fevral. REPORT.AZ/ İraq ordusu İŞİD terrorçularının paytaxt Bağdadın qərbində yerləşən bir neçə yaşayış məntəqəsinə hücum etmək cəhdlərinin qarşısını alıb.

"Report" xəbər verir ki, bu barədə bazar günü Bağdad hərbi dairəsinin komandanlığı bəyanat yayıb.

"İraq ordusu Əl-Abadi və Əl-Haytaveyn yaşayış məntəqələri yaxınlığında terrorçu qruplaşmalarının hücumunu dəf edib. Əməliyyat zamanı bir neçə İŞİD yaraqlısı, həmçinin özünü partlatmaq üçün təchiz edilən iki terrorçu-kamikadze zərərsizləşdirilib", - deyə komandanlığın bəyanatında bildirilib.

Son xəbərlər

Orphus sistemi