Bakı. 3 oktyabr. REPORT.AZ/ İraq hökuməti ölkənin şimalındakı yerli muxtariyyətə məxsus 4 banka dollar və digər xarici valyutaların satışını dayandırıb.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, rəsmi Bağdad bu addımı İraqın şimalındakı yerli muxtariyyətin mərkəzi hakimiyyətin və dünya dövlətlərinin çağırışlarına məhəl qoymayaraq sentyabrın 25-də "müstəqillik haqqında referendum" keçirdiyinə görə atıb.