İraq hökuməti kürd muxtariyyətinin keçirəcəyi referendumun nəticələrini tanımayacaq

İraq hökuməti kürd muxtariyyətinin keçirəcəyi referendumun nəticələrini tanımayacaq Səfir: "Bu, konstitusiyamızla ziddiyyət təşkil edir"
Digər ölkələr
22 Avqust , 2017 08:00
İraq hökuməti kürd muxtariyyətinin keçirəcəyi referendumun nəticələrini tanımayacaq

Bakı. 22 avqust. REPORT.AZ/ İraqın Rusiyadakı səfiri Heydər Hadi bildirib ki, rəsmi Bağdad ölkənin şimalındakı kürd muxtariyyətinin keçirəcəyi referendumun nəticələrini tanımayacaq.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

"Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, İraq kürdlərinin sentyabrın 25-də nəzərdə tutduqları referendum hökumət tərəfindən qəbul olunmur. Bu, bizim Konstitusiyamızla ziddiyyət təşkil edir", - deyə o bildirib.

Diplomat vurğulayıb ki, BMT nöqteyi-nəzərindən də referendum qanunsuzdur.

"Müraciət edib deyirik ki, gəlin referendumu dayandıraq və nə qədər ki, bütün problemli məsələlər üzrə görə anlaşmaya gəlməmişik, dialoqu davam etdirək. Çünki indi (referendumun-red) vaxtı deyil", - deyə H.Hadi fikirlərini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi