Yuxarı

İraq İŞİD-in Suriyadakı obyektinə zərbələr endirib

İraq İŞİD-in Suriyadakı obyektinə zərbələr endirib

Bakı. 24 aprel. REPORT.AZ / İraq Hərbi Hava Qüvvələri koalisiyanın köməkliyi ilə terrorçu İŞİD-in obyektinə zərbələr endirib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi Rayan Dillon bildirib.

"Bu həftə İraq Hərbi Hava Qüvvələri bizə məlum olan və İŞİD yaraqlılarının daşınması üçün istifadə edilən baş qərargaha zərbələr endirib. Bu çətin əməliyyat İraqın təhlükəsizlik qüvvələri və koalisiyanın köməkliyi ilə planlaşdırılaraq həyata keçirilib", - o deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi