Neçrivan Barzani: "İraq hökumətinin PKK-ya yardım etməsi haqqında əlimizdə onlarla sənəd var"

Neçrivan Barzani: "İraq hökumətinin PKK-ya yardım etməsi haqqında əlimizdə onlarla sənəd var" “Türkiyə uzun illərdir bölgədə problem olduğu zaman da bizə əl uzadıb”
Digər ölkələr
16 Dekabr , 2016 14:03
Neçrivan Barzani: İraq hökumətinin PKK-ya yardım etməsi haqqında əlimizdə onlarla sənəd var

Bakı. 16 dekabr. REPORT.AZ/ "Rəsmi Bağdadın PKK-ya yardım etməsi haqqında əlimizdə onlarla sənədin olduğunu özlərinə təqdim etdik”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu İraqın şimalındakı kürd muxtariyyəti hökumətinin başçısı Neçirvan Barzani ABŞ-ın Duhok Universitetində təşkil edilən konfransda bildirib.

O, Türkiyə ilə İraqın şimalındakı kürd muxtariyyəti arasında ticarət əlaqələri, PKK-nın İraqın Sincar bölgəsindəki mövcudluğu, Suriyanın şimalındakı vəiyyət, İraqın mərkəzi hökuməti ilə qısa müddətə keçirilən danışıqlarla bağlı verilən suallara cavab olaraq deyib: “İraq hökuməti və bütün tərəflərlə PKK məsələsini müzakirə etdik. Rsəmi Bağdadın PKK-ya yardım etməsi ilə bağlı əlimizdə onlarla sənədin olduğunu onlara təqdim etdik. Bunun heç kimə fayda vermədiyini və yanlış siyasət olduğunu İraqın mərkəzi hökumətinin diqqətinə çatdırdıq. Türkiyə ilə əlaqələrimiz normal səviyyədədir. Türkiyə uzun illərdir bölgədə problem olduğu zaman da bizə əl uzadıb”.

N.Bərzani deyib ki, terrorçu PKK qruplaşması Suriyanın şimalında özünü qanuniləşdirməyə çalışır: “Orada sabitliyin pozlumasının mənbəyi də PKK-dır”.

O, terrorçu PKK-nın Sincarda mövcudluğuna qarşı olduqlarını da vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi