İraq höküməti terrorçulara qarşı növbəti əməliyyata başlayır

İraq höküməti terrorçulara qarşı növbəti əməliyyata başlayır Ramadi şəhəri bu ayın əvvəli cihadçıların nəzarətinə keçmişdi
Digər ölkələr
26 May , 2015 21:17
İraq höküməti terrorçulara qarşı  növbəti əməliyyata başlayır

Bakı. 26 May. REPORT.AZ/ İraq hökumət qüvvələri İslam Dövlətini (İD) Anbar əyalətindən çıxarmaq üçün əməliyyata başlayıb, şiə döyüşçülərdən ibarət könüllü qüvvə olan Xalq Səfərbərliyinin sözçüsü bildirib.

"Report"un BBC-yə istinadəın verdiyi xəbərə görə, əməliyyat, qoşunların və döyüşçülərin Səlahəddin əyalətindən cənuba doğru hərəkətini əhatə edəcək və İD döyüşçülərinin Ramadidə təcrid olunmasına çalışalacaq, o bildirib.

Ramadi şəhəri bu ayın əvvəli İraq ordusunun geri çəkilməsinin ardından cihadçıların nəzarətinə keçib.

Ondan bəri hökumət qüvvələri əks-hücum üçün cəmləşirlər və onların bildirdiyinə görə, son bir neçə gün ərzində Ramadinin şərqində bəzi əraziləri geri alıblar.

Hücum amerikalılar tərəfindən müsbət qarşılanıb. Vitse-prezident Joe Biden ABŞ dəstəyi üçün söz verib, BBC müxbiri Jonathan Marcus deyir.

Lakin o əlavə edir ki, ABŞ şiə döyüşçülərin rolundan hələ də narahatdır. Şiə döyüşçülər əsasən İran tərəfindən dəstəklənir.

Xalq Səfərbərliyi sözçüsü Əhməd əl-Əssadi mətbuat konfransında bildirib ki, Anbara nəzarəti ələ keçirmək üçün əməliyyat şiə imamına hörmət əlaməti olaraq “Ləbeyk ya Hüseyn” adlandırılacaq.

O bildirib ki, əməliyyat “uzun çəkməyəcək” və döyüşdə “düşməni təəccübləndirəcək” yeni silahlardan istifadə olunacaq.

Cənab Əssadi ayrıca olaraq AFP xəbər agentliyinhə bildirib ki, təhlükəsizlik qüvvələri və hərbçilər şəhəri mühasirəyə alıb hücuma keçməzdən öncə, Ramadinin şimal-şərqindəki səhra ərazilərə hərəkət edəcəklər.

Son xəbərlər

Orphus sistemi