Yuxarı

​İraq ədliyyə nazirinin müavini oğurlanıb

​İraq ədliyyə nazirinin müavini oğurlanıb
Ölkə Mərkəzi İstintaq Bölməsinin başçısı da onların əlindədir

Bakı. 9 sentyabr. REPORT.AZ/ Naməlum şəxslər İraq ədliyyə nazirinin müavinini oğurlayıb.

"Report" xəbər verir ki, bu haqda "SkyNews Arabia" məlumat yayıb.

Məlumata görə, bir qrup maskalı və silahlı şəxs nazir müavinini naməlum istiqamətdə aparıblar.

İraq Mərkəzi İstintaq Bölməsinin başçısı da onların əlindədir.

Hadisə məmurlar ölkə paytaxtı Bağdadın əl-Bunuk rayonuna gedən zaman baş verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi