​İranla diplomatik qalmaqal yaşayan dövlətlərin sayı 4-ə çatıb

​İranla diplomatik qalmaqal yaşayan dövlətlərin sayı 4-ə çatıb Sudan Respublikası İranın ölkədəki səfirini "persona non-qrata" edib
Digər ölkələr
4 Yanvar , 2016 16:42
​İranla diplomatik qalmaqal yaşayan dövlətlərin sayı 4-ə çatıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) İranla diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması haqda qərar qəbul edib.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Məlumata görə, BƏƏ İrandakı diplomatlarının sayını azaltmaq haqda qərar qəbul edib. Bundan başqa, BƏƏ İrandakı səfirini geri çağırıb.

Sudan da İranla diplomatik münasibətləri kəsdiyini elan edib. Bu haqda ölkə prezidenti Ömər əl-Bəşirin administrasiyası bildirib.

"Sudan Respublikası İranın ölkədəki səfirini "persona non-qrata" (arzuedilməz şəxs) elan edərək, diplomatik nümayəndəliyin bütün əməkdaşlarının ölkəni tərk etməsini tələb edib. Bununla yanaşı, Sudan İrandakı səfirini də geri çağırıb", - deyə administrasiya vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi