Yuxarı

İranın təhlükəsizlik qüvvələri iki terrorçunu zərərsizləşdirib

Bu barədə kəşfiyyat naziri Mahmud Ələvi bildirib

Bakı. 16 iyun. REPORT.AZ/ İranın təhlükəsizlik qüvvələri iki terrorçunu zərərsizləşdirib.

"Report" "İRNA" agentliyinə istinadən xəbər verir ki, bu barədə kəşfiyyat naziri Mahmud Ələvi bildirib.

Onun sözlərinə görə, terrorçular Çabahar və Kürdüstan vilayətlərində keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.

"İki terrorçu məhv edilib. Daha beş nəfər həbs olunub. Onlar qonşu ölkənin vətəndaşlarıdır" – deyə Ələvi bildirib. Lakin nazir söhbətin hansı ölkədən getdiyini açıqlamayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi