Bakı. 31 iyul. REPORT.AZ/ İranın cənub-şərqində 5.2 bal gücündə zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat verib.
Zəlzələ yerli vaxtla saat 14:36 radələrində qeydə alınıb. Yeraltı təkanların episentri Kerman şəhərindən 59 kilometr cənub-şərqdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.