Yuxarı

İranın Britaniyadakı səfirliyinə hücum olub

İranın Britaniyadakı səfirliyinə hücum olub
Səfirlik binasına daxil olanların əllərində dəyənək və bıçaq olub

Bakı. 10 mart. REPORT.AZ/ Londonda 4 nəfər İran səfirliyinin eyvanında etiraz aksiyası keçirdiyinə görə saxlanılıb

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə günü axşam Skotland-Yardın nümayəndəsi məlumat yayıb.

"Mən təsdiq edə bilərəm ki, 4 nəfər eyvanda nümayiş keçirdiyinə görə, saxlanılıb. Hadisə təqribən 18.40 radələrində baş verib “ — deyə həmsöhbət bildirib.

O, hadisənin hər hansı bir təfərrüatları barədə məlumat verməkdən imtina edib və saxlanılanların adlarının yalnız onlara qarşı ittham irəli sürüləcəyi təqdirdə açıqlanacağını əlavə edib.

İranın Britaniyadakı səfiri Həmid Baidinejad səfirliyə hücum olduğunu təsdiq edib. İran mətbuatnın iddiasına görə, o bildirib ki, səfirlik binasına daxil olanların əllərində dəyənək və bıçaq olub və onlar İranın rəsmi şəxslərinə qarşı şüarlar səsləndiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi