İranda xlor sızması səbəbindən zəhərlənənlərin sayı 475 nəfərə çatıb - YENİLƏNİB

İranda xlor sızması səbəbindən zəhərlənənlərin sayı 475 nəfərə çatıb - YENİLƏNİB Xlor sızmasının baş verdiyi anbar su təchizatı ilə məşğul olan şirkətə aiddir
Digər ölkələr
13 Avqust , 2017 16:05
İranda xlor sızması səbəbindən zəhərlənənlərin sayı 475 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 13 avqust. REPORT.AZ/ İranın qərbində xlor sızması səbəbindən zəhərlənənlərin sayı 475 nəfərə çatıb. 

"Report" xəbər verir ki, bu barədə "Associated Press" yerli mətbuata istinadən məlumat yayıb. 

Qeyd edək ki, hadisə Dizful şəhərində baş verib. Hazırda xəstəxanada 45 nəfərin müalicə olunduğu bildirilir.

Yerli KİV-in məlumatına görə, xlor sızmasının baş verdiyi anbar su təchizatı ilə məşğul olan şirkətə aiddir.


***11:22

İranın qərbində xlor sızması səbəbindən 362 nəfər xəsarət alıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, hadisə Dizful şəhərində baş verib.

"İRNA" agentliyinin məlumatında qeyd olunur ki, 362 nəfər zəhələnmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri barədə məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi