Yuxarı

İranda terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Axtarış zamanı onlardan partlayıcı maddə, pulemyot və Kalaşnikov avtomatları götürülüb

Bakı. 25 iyun. REPORT.AZ/ İranın təhlükəsizlik qüvvələri tərəfindən İŞİD terror təşkilatı ilə əlaqəli olan bir qrup şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə rəsmi şəxslərə istinadən "Tasnim" məlumat yayıb.

Saxlanılanlar İranda terror aktı törətməyi planlaşdırıblar.

Bildirilir ki, axtarış zamanı onlardan partlayıcı maddələr, Kalaşnikov avtomatları və pulemyot götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi