İranda kömür şaxtasında baş vermiş partlayışda ölənlərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB

İranda kömür şaxtasında baş vermiş partlayışda ölənlərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB İnsidentin təfərrüatları araşdırılır
Digər ölkələr
4 May , 2017 02:20
İranda kömür şaxtasında baş vermiş partlayışda ölənlərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB
Courtesy İmage

Bakı. 3 may. REPORT.AZ/ İranda kömür şaxtasında baş vermiş partlayışda ölənlərin sayı 35 nəfərə çatıb. 

"Report" xəbər verir ki, bu barədə "France Presse" yerli mətbuata istinadən məlumat yayıb. 

Qeyd edək ki,  hadisə ölkənin şimalında - Gülüstan vilayətində, Azadşəhr şəhəri yaxınlığında qeydə alınıb




***22:50

İranda kömür şaxtasında partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə ölkənin şimalında - Gülüstan vilayətində, Azadşəhr şəhəri yaxınlığında qeydə alınıb. Ölkənin Təcili Yardım Xidmətinin rəhbəri Pir Hüseyn Kulivand bundan əvvəl bildirib ki, dağıntılar altında 90 nəfər var. O, həmçinin əlavə edib ki, xəstəxanaya 28 yaralı çatdırılıb. 

Hadisə zamanı 21 nəfər həlak olub. İnsidentin təfərrüatları araşdırılır. 

Son xəbərlər

Orphus sistemi