İranda keçirilmiş prezident seçkilərində seçicilərin 70 faizi iştirak edib

İranda keçirilmiş prezident seçkilərində seçicilərin 70 faizi iştirak edib Nazirlik 40 milyon seçicinin səs verdiyini bildirib
Digər ölkələr
20 May , 2017 05:44
İranda keçirilmiş prezident seçkilərində seçicilərin 70 faizi iştirak edib
Courtesy İmage

Bakı. 20 may. REPORT.AZ/ İranın bütün seçki məntəqələrində prezident seçkilərində keçirilən səsvermələr başa çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bəyanatda həmçinin qeyd olunur ki, seçkilərdə səsvermə hüququ olan ölkə vətəndaşlarının 70 faizi iştirak edib. Nazirlik 40 milyon seçicinin səs verdiyini bildirib.

Qeyd edək ki, ölkədə prezident seçkiləri ilə yanaşı, şəhər şuralarına və parlamentə növbədənkənar seçkilər də keçirilib. İranda 56 milyona yaxın insanın səsvermə hüququ var. Gün ərzində ümumilikdə 63 min seçki məntəqəsi fəaliyyət göstərib.  

Son xəbərlər

Orphus sistemi