İranda 2017-ci ildə terror aktının təşkilində iştirak edən İŞİD-in 8 üzvü edam olunub

İranda 2017-ci ildə terror aktının təşkilində iştirak edən İŞİD-in 8 üzvü edam olunub Bakı. 7 iyul. REPORT.AZ / İran hakimiyyəti 2017-ci ildə paytaxt Tehranda terror aktının təşkilində iştirak edən 8 İŞİD silahlısını edam edib.
Digər ölkələr
7 İyul , 2018 11:12
İranda 2017-ci ildə terror aktının təşkilində iştirak edən İŞİD-in 8 üzvü edam olunub

Bakı. 7 iyul. REPORT.AZ / İran hakimiyyəti 2017-ci ildə paytaxt Tehranda terror aktının təşkilində iştirak edən 8 İŞİD silahlısını edam edib. 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Xatırladaq ki, qadın geyimində 4 nəfərdən ibarət qrup 2017-ci il iyunun 7-də İran parlamentinin binasında atəş açıb, sonra hücum edənlərdən biri özünü partladıb. Hücuma həmçinin imam Xomeyninin mavzoleyi məruz qalıb. Belə ki, hücum edən qadınlardan biri partlayıcı kəmərini işə salıb. Terror aktları nəticəsində 20-ə yaxın adam həlak olub, onlarla insan yaralanıb.

İran İnqilab Məhkəməsi bu il mayın 13-də hücumlarla əlaqəli olan 8 İŞİD silahlısı barədə ölüm hökmü çıxarıb. İran Ali Məhkəməsi iyunun 11-də ölüm hökmünü təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi