İran XİN rəhbəri: "İran xalqı artıq öz seçimini edib"

İran XİN rəhbəri: "İran xalqı artıq öz seçimini edib" Məhəmməd Cavad Zərif Barak Obamanın video müraciətini şərh edib
Digər ölkələr
21 Mart , 2015 10:42
İran XİN rəhbəri: İran xalqı artıq öz seçimini edib

Bakı. 21 mart. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Barak Obamanın İran xalqını Novruz bayramı münasibətilə təbrik etdiyi video müraciətini şərh edib.

"Report" xəbər verir ki, M.Zərif öz twitter səhifəsində İran xalqının artıq öz seçimini etdiyini yazıb. 

"İranlılar artıq öz seçimini edib: ləyaqətlə qarşılıqlı əlaqə saxlamaq. ABŞ və onların müttəfiqləri üçün təzyiq və ya razılaşmanı seçməyin vaxtıdır", - nazir qeyd edib.

Xatırladaq ki, öz video müraciətində B.Obama İran nüvə problemini sülh yolu ilə həllinə çağırıb və qeyd edib ki, İranın 2 yolu var - ya təcrid olunma, ya da xoşbəxt gələcək yolunda yürüməkdir. 

Son xəbərlər

Orphus sistemi