İran vurduğu təyyarənin “qara qutu”sunu Ukraynaya verməyə hazırdır

İran vurduğu təyyarənin “qara qutu”sunu Ukraynaya verməyə hazırdır İran hökuməti yanvarın 8-də Tehran yaxınlığında vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”sunu qəzanı araşdıran beynəlxalq qrup tərəfindən tədqiq edildikdən sonra Ukrayna tərəfinə verməyə hazırdır.
Digər ölkələr
17 Yanvar , 2020 15:04
İran vurduğu təyyarənin “qara qutu”sunu Ukraynaya verməyə hazırdır

İran hökuməti yanvarın 8-də Tehran yaxınlığında vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”sunu qəzanı araşdıran beynəlxalq qrup tərəfindən tədqiq edildikdən sonra Ukrayna tərəfinə verməyə hazırdır.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Vadım Pristayko bildirib. 

Nazir İran nümayəndə heyətinin Ukraynaya səfəri zamanı hadisənin səbəbləri barədə zəruri müzakirə aparılacağına ümidvar olduqlarını deyib: “İran Hava Qüvvələrinin rəsmi bəyanatı vardı. Bununla bərabər, biz təsbit istəyirik. İranın nazir səviyyəsində yüksək səviyyəli nümayəndə heyətinin bazar ertəsi günü Ukraynaya səfəri zamanı bunun təsbit olunacağına ümidvaram”.

Ukrayna Baş Prokuroru Ofisinin Beynəlxalq Hüquqi Əməkdaşlıq Departamentinin rəhbəri Polina Çij çərşənbə günü “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında vurulmasının araşdırılmasına dair beynəlxalq hüquqi yardım barədə Ukrayna tərəfinin sorğularına İrandan cavab gəlmədiyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi