İran və "beşlik" ölkələri şirkətlərini ABŞ sanksiyalarından qorumağa razılaşıblar

İran və "beşlik" ölkələri şirkətlərini ABŞ sanksiyalarından qorumağa razılaşıblar Bakı. 6 iyul. REPORT.AZ/ İran və beşlik ölkələri (Rusiya, Çin, Fransa, Böyük Britaniya, Almaniya) öz şirkətlərini ABŞ sanksiyalarından qorumağa razılaşıblar.
Digər ölkələr
6 İyul , 2018 19:16
İran və beşlik ölkələri şirkətlərini ABŞ sanksiyalarından qorumağa razılaşıblar
TASS

Bakı. 6 iyul. REPORT.AZ/ İran və "beşlik" ölkələri (Rusiya, Çin, Fransa, Böyük Britaniya, Almaniya) öz şirkətlərini ABŞ sanksiyalarından qorumağa razılaşıblar. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə həmin ölkələrin xarici işlər nazirlərinin Vyanada keçirilən iclasının yekununa dair bəyanatında bildirilib.

Tərəflər həmçinin İrandan neft və qaz ixracı ilə bağlı öz öhdəliklərini təsdiqləyiblər.

Qeyd edək ki, İran, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya Tehranla nüvə proqramı ilə bağlı imzalanmış Əhatəli Birgə Fəaliyyət Planına dair nazirlər səviyyəsində komissiya yaradıblar.  

Son xəbərlər

Orphus sistemi