İran tankerlərə hücumla bağlı ABŞ-ın ittihamlarını rədd edib

İran tankerlərə hücumla bağlı ABŞ-ın ittihamlarını rədd edib İranın BMT yanında Daimi Nümayəndəliyi Oman körfəzində neft tankerlərinə hücumlarda iştirakla bağlı ABŞ-ın ittihamlarını qəti surətdə rədd edib.
Digər ölkələr
14 İyun , 2019 04:01
İran tankerlərə hücumla bağlı ABŞ-ın ittihamlarını rədd edib

İranın BMT yanında Daimi Nümayəndəliyi Oman körfəzində neft tankerlərinə hücumlarda iştirakla bağlı ABŞ-ın ittihamlarını qəti surətdə rədd edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə nümayəndəliyin bəyanatına istinadən "Reuters" agentliyi bildirib.

"İran iyunun 13-də (Oman körfəzində -red) baş vermiş neft tankerləri hadisələri ilə əlaqədar ABŞ-ın əsassız ittihamlarını qəti surətdə rədd edir və onları qəti surətdə pisləyir", - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, cümə axşamı Oman körfəzində iki tanker yanıb. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir. 

Son xəbərlər

Orphus sistemi