İran səfirliyi: "Tigris" gəmisi borc məsələsi həll edildikdən sonra buraxılacaq"

İran səfirliyi: "Tigris" gəmisi borc məsələsi həll edildikdən sonra buraxılacaq" ""Maersk" borcu ödəyəndən sonra gəmiyə son dayanacağa getməyə icazə veriləcək"
Digər ölkələr
30 Aprel , 2015 20:59
İran səfirliyi: Tigris gəmisi borc məsələsi həll edildikdən sonra buraxılacaq

Bakı. 30 aprel. REPORT.AZ/ Danimarkanın "Maersk" nəqliyyat şirkətinə məxsus "Tigris" yük gəmisi borc məsələsi həll edildikdən sonra sərbəst buraxılacaq. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İranın Danimarkadakı səfirliyinin açıqlamasında bildirilir. 

"Təbii ki, gəmi sərbəst buraxılacaq və ona son dayanacağa getməyə icazə veriləcək. Lakin bu, "Maersk" şirkətinin borc məsələsini həll etməsindən sonra baş verəcək", - səfirliyin rəsmi saytında yerləşdirilmiş açıqlamada qeyd olunub. 

Qeyd edək ki, "Tigris" yük gəmisində Şərqi Avropa və Asiyadan olmaqla 34 ekipaj üzvü var. 

Son xəbərlər

Orphus sistemi