Bakı. 15 mart. REPORT.AZ/ Rusiya və Türkiyə ilə yanaşı, İran da rəsmən Suriyada hərbi əməliyyatların dayandırılması üzrə zamin ölkə olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Astanada mətbuat konfransında Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev bildirib.
"Həm Türkiyə, həm də İran tərəfdən kifayət qədər ətraflı məlumat almışıq və hazırda İŞİD və "Cəbhət ən-Nüsrə" tərəfindən nəzarət edilən sahələrin xəritələri cızılır", - o vurğulayıb.