İran prezidenti neftin qiymətinin ucuzlaşmasını qəsd adlandırıb

İran prezidenti neftin qiymətinin ucuzlaşmasını qəsd adlandırıb İran prezidenti Həsən Ruhani neftin qiymətinin kəskin ucuzlaşmasını islam dünyasına qarşı qəsd adlandırıb
Digər ölkələr
11 Dekabr , 2014 10:22
İran prezidenti neftin qiymətinin ucuzlaşmasını qəsd adlandırıb
Bakı. 11 dekabr. REPORT.AZ/ Neftin qiymətnin kəskin ucuzlaşması siyasi xarakter daşıyır. "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani dekabr ayının 10-da hökumət iclasında bildirib. 

Öz bəyanatında o qeyd edib ki, neft bazarında baş verənlər Yaxın Şərq ölkələri və bütün islam dünyasına qarşı yönəlmiş qəsdir. 

Neft ixracından asılı olan İran iqtisadiyyatı neftin dünya bazarında ucuzlaşmasından zərər görüb. 

Tehran nümayəndələri  qiymətlərin yenidən artması üçün OPEK-dən neft hasilatının azaldılmasını tələb edirlər. 

Son xəbərlər

Orphus sistemi