İran prezidenti BMT-də Boris Consonla və Emmanuel Makronla görüşəcək

İran prezidenti BMT-də Boris Consonla və Emmanuel Makronla görüşəcək Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində İran prezidenti Həsən Ruhani Böyük Britaniyanın baş naziri Boris Consonla görüşəcək.
Digər ölkələr
23 Sentyabr , 2019 02:16
İran prezidenti BMT-də Boris Consonla və Emmanuel Makronla görüşəcək

Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində İran prezidenti Həsən Ruhani Böyük Britaniyanın baş naziri Boris Consonla görüşəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın Prezident Administrasiyası başçının müavini Pərviz İsmaili bildirib.

O, qeyd edib ki, İslam Respublikasının dövlət başçısı həmçinin Fransa prezidenti Emmanuel Makronla, eləcə də Yaponiyanın baş naziri Sindzo Abe ilə bir araya gələcək. Həsən Ruhaninin habelə BMT baş katibi ilə də görüşü planlaşdırılır.

"Prezidentin BMT baş katibi, həmçinin Fransanın, Böyük Britaniyanın və Yaponiyanın liderləri ilə güman edilən görüşləri məsələsi, bu ana qədər həll edilib", - deyə İsmaili bildirib. 

Son xəbərlər

Orphus sistemi