İran-İraq sərhədində baş verən zəlzələ İraqda kütləvi təşvişə səbəb olub, ölən və xəsarət alanlar var

İran-İraq sərhədində baş verən zəlzələ İraqda kütləvi təşvişə səbəb olub, ölən və xəsarət alanlar var Bakı. 26 noyabr. REPORT.AZ/ İranın Kermanşah vilayətində baş verən zəlzələ İraqda böyük həyəcana səbəb olub.
Digər ölkələr
26 Noyabr , 2018 02:21
İran-İraq sərhədində baş verən zəlzələ İraqda kütləvi təşvişə səbəb olub, ölən və xəsarət alanlar var

Bakı. 26 noyabr. REPORT.AZ/ İranın Kermanşah vilayətində baş verən zəlzələ İraqda böyük həyəcana səbəb olub.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, İraqda sakinlər yeraltı təkanlarla kütləvi təşviş keçiriblər. Bəzi sakinlər evlərini tərk ediblər. Təşvişə düşərək yüksəklikdən tullanan 1 nəfər ölüb. Zəlzələ zamanı daha 45 nəfər yaralanıb.

Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi isə İran-İraq sərhədində də 6,3 bal gücündə zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib.

İranda baş verən zəlzələdə xəsarət alanların sayı 420 nəfərə çatıb. Zəlzələdən zərər çəkən ərazilərə 23 operativ qrup göndərilib.

Son xəbərlər

Orphus sistemi