Yuxarı

İran Suriyada İŞİD-in mövqelərinə zərbə endirib: 65 terrorçu məhv edilib

İran Suriyada İŞİD-in mövqelərinə zərbə endirib: 65 terrorçu məhv edilib
Onlar arasında İŞİD başçılarından olan Səəd əl-Qosaibi də var
© Courtesy İmage

Bakı. 20 iyun. REPORT.AZ/ İran hərbçiləri Suriyada İŞİD-in mövqelərinə zərbə endirib.

"Report"un məlumatına görə, bu barədə "Press TV" telekanlı İran İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, zərbə nəticəsində azı 65 terrorçu məhv edilib. İran hərbçilərinin Əl-Muhasan şəhərində İŞİD-in mövqeyinə endirdiyi zərbə nəticəsində 15 silahlı məhv edilib. Onlar arasında İŞİD başçılarından olan Səəd əl-Qosaibi də var.

Həmçinin bildirilir ki, daha 27 terrorçu Əl-Məyadin şəhərinə endirilmiş zərbələr nəticəsində öldürülüb. Öldürülənlər arasında Liviyadan olan 6 səhra komandiri də var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi